Mövsümün ən yaxşı futbolçusu adına 3 namizəd

  Bölmə: Xarici futbol | 3080 | 12:19 06-08-2016
Mövsümün ən yaxşı futbolçusu adına 3 namizəd

UEFA Avropada ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin sayını 10-dan 3-ə endirib.

Olimpsport.az xəbər verir ki, finala Qaret Beyl (Uels, "Real" Madrid), Antuan Qrizmann (Fransa, "Atletiko" Madrid) və Kriştiano Ronaldo (Portuqaliya, "Real") yüksəlib. 2014/2015 mövsümünün ən yaxşısı Lionel Messi isə ilk üçlükdə yer almayıb. Avropanın ən yaxşı futbolçusunun adının avqustun 25-i - Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra açıqlanacağı bildirilib. Qalib UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək. Finala yüksələ bilməyən yeddi futbolçu isə aşağıda adları qeyd edilənlər olub:

4. Luis Suares (Uruqvay, "Barselona") - 29 xal

5. Lionel Messi (Argentina, "Barselona") - 25 xal

6. Canluici Buffon (İtaliya, "Yuventus") - 19 xal

7. Pepe (Portuqaliya, "Real") - 9 xal

8. Manuel Noyer (Almaniya, "Bavariya) - 6 xal

9. Toni Kroos (Almaniya, "Real") - 5 xal

10. Tomas Müller (Almaniya, "Bavariya") - 2 xal 


Digər xəbərlər