"Sportinq"in baş məşqçisi qələbəni şərh etdi: "Qarabağ" onu satır?

  Bölmə: Xarici futbol | 129 | 08:47 21-09-2018
"Sportinq"in baş məşqçisi qələbəni şərh etdi: "Qarabağ" onu satır?

Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a evdə 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Portuqaliyalı mütəxəssis ilk hissədə tam istədikləri səviyyədə oynaya bilmədiklərini bildirib: 

 

"Ancaq fasilədən sonra sürəti artırdıq və pressinqdən sonra hesabda irəli çıxdıq. Ardından cinahlarda yükənməni davam etdirdik və 2-ci qolu da vurduq. Bu sadəcə, ilk oyundu və qazandığımız 3 xaldı. Əlbəttə, qrupda qalib olmaq, növbəti mərhələyə çıxmaq istəyirik. Ancaq mübarizə yeni başlayıb, hər şey irəlidədi".

 

Pezeyru təmsilçimizin heyətində fərqlənən futbolçular olduğunu söyləyib: "Qarabağ"da təkcə Donald Gerye yox, Miçel Madera və digər yaxşı futbolçular var. Əlbəttə, Gerye ən yaxşılardandı. "Qarabağ" onu satır?".


Digər xəbərlər