Elnur Məmmədli: "Yarışda idmançılarımızdan medallar gözləyirəm"

"Cüdo idman növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi bir tarixdir. Bu, bir daha dünyaya sübut edir ki, Azərbaycan idman ölkəsidir. Cənab Prezident İlham Əliyevin sayəsində ölkəmizdə belə mötəbər yarışlar keçirilir".
Bunu açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakıda keçirilən cüdo üzrə dünya çempionatı barədə danışarkən deyib.
Sabiq olimpiya çempionu yarışın çox yaxşı keçdiyini vurğulayıb: "Bu gün medal qazana bilməsək də, medala çox yaxın idik. Bildiyiniz kimi, Kəramət Hüseynov bürünc medal uğrunda görüşdə məğlub oldu. O, mənim bacım oğludur. Hələ ki, gəncdir. Fiziki gücü çatmadı. Bəlkə də, özünə inamı az idi. Bir az həyəcanlandı. Bu proseslər olmalıdır. Çünki o, ilk dəfədir ki, böyüklər arasında dünya çempionatında iştirak edir. Kəramət bu səhvlərin üzərində çalışacaq və inanıram ki, 2020-ci il Yay Olimpiya Oyunlarına hazır olacaq. Orxan Səfərov da çox güclü idmançıdır. Sadəcə, onun zədələri var idi. Bu da ona problem yaşadıb".
E.Məmmədli bütün idmançılara öz tövsiyələrini verdiklərini bildirib: "Yarışda idmançılarımızdan medallar gözləyirəm. Onlara uğurlar arzulayıram".
-
Olimpiya və dünya mükafatçıları Azərbaycan yığmasına məşqçi təyin olunublar
...
-
Azərbaycan Ağır Atletika Federasiyasında 2018-ci ilin hesabat iclası keçirilib
...
-
Boks üzrə Azərbaycan millisi yoxlama görüşləri üçün Rusiyaya yollanıb
...
-
Rafael Ağayev yenə uduzdu
...
-
Azərbaycan cüdoçuları Təl-Əviv Qran-prisində qızıl və bürünc medal qazanıblar
...
-
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
...
-
Azərbaycan cüdoçuları ilin ilk beynəlxalq yarışında mübarizəyə başlayıb
...
-
Gimnastika üzrə 8 olimpiya mükafatçısı Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək
...
-
Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında iştirak edirlər
...
-
Azərbaycanın kişi voleybol millisi Avropa çempionatından kənarda qalıb
...