Məmmədəli Mehdiyev mübarizəni dayandırıb

  Bölmə: Digər növlər | 71 | 13:50 24-09-2018
Məmmədəli Mehdiyev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. 

90 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı 1/16 finalda macarıstanlı macarıstanlı dünya (2014) və Avropa çempionatlarının (2016) gümüş mükafatçısı Kristian Tota uduzub. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda isə Tot ipponla qələbə qazanıb. 

Qeyd edək ki, Məmmədəli Mehdiyev Azərbaycanın bu gün tatamiyə çıxan yeganə cüdoçusu olub. 


Digər xəbərlər