Rafael Ağayev, Fərid Mansurov, Namiq Abdullayev futbol yarışında

  Bölmə: Maqazin | 63 | 15:20 24-09-2018
Rafael Ağayev, Fərid Mansurov, Namiq Abdullayev futbol yarışında

Xüsusi Olimpiya Hərəkatının əlli illiyi ilə əlaqədar olaraq Bakıda futbol yarışı keçiriləcək.

Sabah saat 15:00-da Bakı İdman Sarayında başlayacaq yarışda üç komanda – Azərbaycan, dünya və Avropa Xüsusi Olimpiya Komitələrinin komandaları mübarizə aparacaq.

Bu yarışda veteran idmançılarımız da futbol oynayacaq. Bunlar sabiq güləşçilər – Fərid Mansurov, Namiq Abdullayev, karateçi Rafael Ağayev, sabiq taekvondoçu Niyaməddin Paşayev və sabiq futbolçuİsgəndər Cavadovdur. 

Bundan başqa, “Qarabağ” klubuna da müraciət edilib. Bu klubun veteranlarından biri də bu yarışda mübarizə aparacaq.

Qeyd edək ki, bu tədbirlər çərçivəsində futbol üzrə ikiqat dünya çempionu Kafu sabah axşam Bakıya gələcək.


Digər xəbərlər