Azərbaycanın voleybol millisi İtaliya yığmasına uduzub

  Bölmə: Digər növlər | 2533 | 08:34 26-09-2018
Azərbaycanın voleybol millisi İtaliya yığmasına uduzub

Dünya çempionatının keçiriləcəyi Yaponiyada təlim-məşq toplanışında olan voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşünə çıxıb.

Rəqib İtaliya yığması olub.

Senday şəhərində keçirilmiş qarşılaşma Faiq Qarayevin baş məşqçisi olduğu kollektivin məğlubiyyəti ilə yekunlaşıb - 0:3. İtaliya voleybolçuları setləri 25:21, 25:19 və 25:20 hesablı üstünlüklə başa vurublar.

İki komanda sentyabrın 26-da yenidən üz-üzə gələcək.

Azərbaycan millisi Cənubi Koreya, Rusiya, Tailand, ABŞ, Trinidad və Tobaqo ilə C qrupunda yer alıb. İtaliya isə B qrupunda Bolqarıstan, Kanada, Çin, Kuba, İtaliya və Türkiyəyə qarşı mübarizə aparacaq. Çempionata sentyabrın 29-da start veriləcək. İlk turda Azərbaycan ABŞ-la, İtaliya Bolqarıstanla qarşılaşacaq.


Digər xəbərlər