Azərbaycan millisi DÇ-də 5-ci oldu

  Bölmə: Digər növlər | 4104 | 08:26 28-09-2018
Azərbaycan millisi DÇ-də 5-ci oldu

Azərbaycan milli komandası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında çıxışını başa vurub. Yığmamız Milli Gimnastika Arenasında təşkil olunan mundialın son günündə komanda yarışlarına qatılıb.

 

Azərbaycan millisi mübarizəyə 1/8 finaldan qoşulub. Yığmamızın ilk rəqibi Avstriya olub. Komandamız 4:1 hesablı qələbə qazanıb. Lakin 1/4 finalın Yaponiya ilə duelində yığmamız 2:4 hesabı ilə uduzub.

 

Təsəlliverici mərhələyə qatılan komandamız Hollandiya ilə görüşüb. Yığmamız 4:2 hesablı qələbə ilə bürünc uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

 

Mükafatçılar sırasına düşmək uğrunda mübarizədə millimiz Rusiya ilə qarşılaşıb. Cüdoçularımız şimallılarla dueldə 1:4 hesabıyla məğlub olublar.

 

Nəticədə Azərbaycan millisi komanda yarışlarını 5-ci pillədə bitirib.


Digər xəbərlər