Vladimir Putin Azərbaycanın cüdo yığmasını çox layiqli komanda adlandırıb

  Bölmə: Digər növlər | 2273 | 08:32 28-09-2018
Vladimir Putin Azərbaycanın cüdo yığmasını çox layiqli komanda adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkəsinin yığması ilə Azərbaycan millisinin bürünc medal uğrunda görüşü barədə fikirlərini bölüşüb.

Dövlət başçısı Rusiya kollektivinin üzvləri ilə görüşdə Azərbaycan millisini layiqli komanda adlandırıb. V.Putin "Sizin bürünc medal qazanmaq üçün şansınız var" desə də, rəqiblərinin çox layiqli komanda olduğunu vurğulamağı unutmayıb. Dövlət başçısı əmin olduğunu bildirib ki, Rusiya yığmasının hazırlıq səviyyəsi və görüşlərə köklənməsi rəqiblərindən heç nə ilə geri qalmır. Əksinə, onun fikrincə, komandanın səviyyəsi daha yüksəkdir.


Digər xəbərlər