at Olimpiadasında qrossmeysterlərimiz erməniləri də əzdi

  Bölmə: Digər növlər | 3432 | 08:51 29-09-2018
at Olimpiadasında qrossmeysterlərimiz erməniləri də əzdi

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. 

Yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. 

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. 

Ermənistan - Azərbaycan - 1,5:2,5 

Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1

Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan - Arkadi Naydiç - 1:0

Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb. 


Digər xəbərlər