Rusiya və Türkiyə yığmaları yoldaşlıq görüşü keçirəcək

  Bölmə: Xarici futbol | 2963 | 14:50 08-08-2016
Rusiya və Türkiyə yığmaları yoldaşlıq görüşü keçirəcək

2018-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması həmin müddətə qədər yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Olimpsport.az saytının  məlumatına görə, şimal qonşularımızın 2 rəqibi artıq müəyyənləşib.

 

Avqustun 29-da bir araya gələcək Stanislav Çerçesovun yetirmələri ilk qarşılaşmalarını Türkiyəyə qarşı keçirəcəklər. Bu oyun ayın 31-də Antalya şəhərində baş tutacaq. Bundan 6 gün sonra isə ruslar Moskvada Qana millisini qəbul edəcəklər. Hər iki görüşün yeri və saatı hələ bəlli deyil.

 

Qeyd edək ki, Fransada keçirilən Avropa çempionatında iştirak edən Rusiya və Türkiyə milliləri qrupdan çıxa bilməmişdilər.(Apasport)


Digər xəbərlər