Petr Çex "Qarabağ"la matçı buraxacaq

  Bölmə: Xarici futbol | 870 | 16:18 30-09-2018
Petr Çex "Qarabağ"la matçı buraxacaq

“Arsenal” Avropa Liqasının II turunun “Qarabağ”la səfər görüşü öncəsi növbəti tki ilə üzləşib. Komandanın əsas qapıçısı Petr Çex Premyer Liqanın "Uotford"la az öncə yekunlaşan VII turun matçında topu oyuna daxil edərkən zədələnib.

 

Yerdə qalan çexiyalı qolkiperə tibbi yardım göstərilsə də, bu, fayda verib və onun əvəzlənməsinə işarə verilib. Nəticədə Çex ilk hissənin son dəqiqəsində almaniyalı qapıçı Bernd Leno ilə əvəzlənib. 36 yaşlı çexiyalı qapıçının "Qarabağ"la qarşıdakı matçı buraxacağı gözlənilir.

 

Qeyd edək ki, həmin ev görüşündə son 10 dəqiqədə vurduğu 2 qolla 2:0 hesablı qələbə qazanan "Arsenal" "Qarabağ"la oktyabrın 4-də Bakı Olimpiya Stadionunda görüşəcək.


Digər xəbərlər