Budaq Nəsirov problemlə üzləşdi

  Bölmə: Xarici futbol | 4276 | 14:52 08-08-2016
Budaq Nəsirov problemlə üzləşdi

Azərbaycan yığmasının futbolçusu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq B” yeni mövsümə start verib. Olimpsport.az-ın Apasporta  istinadən verdiyi məlumata görə, Lissabon təmsilçisi Portuqaliya çempionatının II dəstəsində ilk matçını keçirib.

 

Yarımmüdafiəçimizin komandası öz meydanında “Portimonense”yə uduzub – 1:2. Bu qarşılaşmada adı “18-liy”ə daxil edilməyən Nəsirovun kənarda qalmasının səbəbi məlum olub.

 

Belə ki, Portuqaliya klubu yeni transferini qeydiyyatdan keçirməkdə problemlə üzləşib. Nəsirovun Azərbaycandan göndərilməsi zəruri olan sənədləri yubanır. Bu üzdən “Sportinq” rəhbərliyi B komandasında çıxış edəcək gənc oyunçunun sənədlərini federasiyaya təqdim edə bilmir. Yalnız bundan sonra futbolçumuz çempionatda iştirak üçün lisenziya alacaq.

 

Qeyd edək ki, həmyerlimizin komandası növbəti oyununu avqustun 14-də keçirəcək. Həmin gün Lissabon klubu səfərdə “Kovilya” ilə üz-üzə gələcək.


Digər xəbərlər