Samir Abasov: “İndiki vaxtda radikal addım atmaq düzgün deyil”

  Bölmə: Ölkə futbolu | 3103 | 09:00 01-10-2018
Samir Abasov: “İndiki vaxtda radikal addım atmaq düzgün deyil”

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib. O, 0:1 hesabıyla uduzduqları matçın ardından öncə bunları söyləyib:

 

- Danışmaq çətindi. Oyunumuz alınmadı, çox pis mübarizə apardıq. Təzyiq altındayıq. Hər dəfə məğlub olduqdan sonra vəziyyətimiz daha da pis olur. Bizə bir qələbə lazımdı, ancaq bunu qazanmaq üçün vaxta ehtiyacımız var. Komandamızın gələcəyi var, rəhbərliyimiz bizə dəstək olur. Komandaya yaxın olan adamları, azarkeşləri başa düşürəm. İnşallah, yaxşı vəziyyətə gələcəyik. Bəzi oyunçularımız çətinlik çəkirlər. İndiki vaxtda radikal addım atmaq düzgün deyil. Qışa qədər səbr etməli, sonra fikirləşməliyik.

 

- Bəzi məşqçilər legioner axtarır. Ancaq sizin legionerlərinizin çox hissəsi ehtiyatda oturmuşdu. Bunun səbəbi nədi?
- Futbolçular oyunda nəyə qadir olduğunu göstərməlidi. Dedovdan narazı idim, buna görə ehtiyatda idi. Bu gün Mirsahibə şans verdik, yoxladıq. Mirsahib özünü daim ehtiyatda qalmağa öyrəşdirib. Ondan çox şey gözləyirdik, lakin istədiyimizi əldə edə bilmədik.

 

- 46-cı dəqiqədə əvəzetmə limitinizi başa vurduz. Qapıçı Anar Nəzirov zədə alsaydı, onu kiminlə əvəz edəcəkdiniz?
- Bir nəfəri tapıb qapıya qoyacaqdıq. Vüqar Mustafayevin zədələnməsi planlarımızı pozdu.

 

- Komanda hücuma çıxmaqda çətinlik çəkir. Oyun qurucusunun olmaması fikri ilə razısız?
- Bəli, oyun qurucumuz azdı. Açığı, oyunçu axtarışındayıq, danışıq aparırıq. Bu mövqe ümumiyyətlə, Azərbaycan futbolunun problemidi.


Digər xəbərlər