Bakıda “Az avtomobil, çox həyat” şüarı ilə veloyürüş keçirilib

  Bölmə: Digər növlər | 3154 | 08:44 08-10-2018
Bakıda “Az avtomobil, çox həyat” şüarı ilə veloyürüş keçirilib

Bakıda “Az avtomobil, çox həyat” şüarı ilə veloyürüş keçirilib.

Yürüşdən əvvəl iştirakçılara təhlükəsizlik qaydaları barədə məlumat verilib.

Daha sonra veloyürüş Azneft meydanından start götürərək Heydər Əliyev Mərkəzinədək davam edib.

Yürüşün sonunda iştirakçılara diplom və təşəkkürnamələr verilib.

Jurnalistlərə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Qeyd edək ki, 200 nəfərin iştirak etdiyi yürüş ETSN-in təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin, Təhsil Nazirliyinin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “İsma bike”in iştirakı ilə baş tutub.


Digər xəbərlər