Azərbaycan yığması UEFA Millətlər Liqasında oyununu keçirmək üçün yollandığı Farer adalarına çatıb - FOTO

  Bölmə: Ölkə futbolu | 81 | 09:23 10-10-2018
Azərbaycan yığması UEFA Millətlər Liqasında oyununu keçirmək üçün yollandığı Farer adalarına çatıb - FOTO

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında III turun oyununu keçirmək üçün yollandığı Farer adalarına çatıb. Milli üzvləri Kopenhagenə çatdıqdan sonra "Atlantic Airways” şirkətinə məxsus təyyarə ilə Torshavna uçublar.

İki saatlıq uçuşun ardından komanda yerli vaxtla saat 24:00-da (Bakı vaxtı ilə saat 03:00) "Vogar" hava limanına enib.

Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək oyun saat 22:45-də başlanacaq.


Digər xəbərlər