Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

  Bölmə: Ölkə futbolu | 2542 | 12:20 12-10-2018
Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

 III turda "Torsvollur" stadionunda Farer adaları yığması ilə qarşılaşan milli komanda rəqibi 3:0 hesabı ilə məğlub edib.

Matçda qolları 28-ci və 86-cı dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov vurub.

Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanaraq, xallarının sayını 5-ə çatdırıb. Lakin bu qalibiyyət D Liqasının 3-cü qrupunda liderliyə yüksəlməyə yetməyib. Çünki qrupun paralel keçən qarşılaşmasında Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək, xallarını 7-yə çatdırıb. Bununla belə, 3 xalı olan Farer adalarını geridə qoyaraq, 2-ci pilləyə yüksəlmək mümkün olub. Sonuncu pillədəki Maltanın isə cəmi 1 xalı var.


Digər xəbərlər