Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub - VİDEO

  Bölmə: Xarici futbol | 3317 | 11:09 13-10-2018
Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub - VİDEO

Avstraliyanın “Sentral Kost Mariners” klubunda çıxış edən atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub. 

 32 yaşlı yamaykalı idmançı "Makartur Saut Vest Yunayted"lə keçirilən yoldaşlıq matçında dubla imza atıb. Bolt sözügedən görüşdə komandasının son iki qolunun müəllifi olub. 

Qeyd edək ki, qarşılaşma “Sentral Kost Mariners”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.  

 

 


Digər xəbərlər