Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub

  Bölmə: Xarici futbol | 113 | 17:16 14-10-2018
Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub

Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub.

41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb. O, bu postda Leonardu Jardimi əvəzləyib.

Qeyd edək ki, Anri peşəkar futbolçu karyerasına da “Monako”da başlayıb. O daha sonra İtaliyanın “Yuventus”, İngiltərənin “Arsenal”, İspaniyanın “Barselona” və ABŞ-ın “Nyu-York Red Bullz” komandalarının formasını geyinib. 2015-ci ildə “Arsenal”da məşqçiliyə başlayan sabiq forvard Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi vəzifəsində çalışırdı.


Digər xəbərlər