Malta yığmasının baş məşqçisi: "Farer adaları üzərində qələbə Azərbaycan üçün böyük motivasiyadır"

  Bölmə: Xarici futbol | 76 | 17:17 14-10-2018
Malta yığmasının baş məşqçisi: "Farer adaları üzərində qələbə Azərbaycan üçün böyük motivasiyadır"

"Çox çətin oyun olacaq. Çünki üç gün ərzində ikinci səfər oyunumuzu keçirəcəyik. Digər tərəfdən, Farer adaları üzərində qələbə Azərbaycan millisi üçün böyük motivasiyadır".

Bunu Malta yığmasının baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının IV turunda Azərbaycan millisi ilə oyundan əvvəldeyib.

63 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Kosovo ilə görüşdə 1:1 hesabını qorumaq üçün nə çatmadı? Həmin görüşdən hansı nəticələri çıxardınız?

- Əvvəla, Maltanın U-21 yığmasını təbrik edirəm, Macarıstana qalib gəldilər. Suala qaldıqda, Kosovo çox çətin komandadır. Azərbaycan da bu cürdür. Səhv etməməyə çalışacağıq. Müdafiədə kompakt oynamaq lazımdır.

- Malta hazırda 1 xalla D liqasının III qrupunda sonuncu yerdədir. Rəqiblərlə aradakı xal fərqi artacaq?

- Aramızdakı xal fərqinin get-gedə artacağını deməzdim. Mən yeni komanda qurmağa start vermişəm. Bu, bizim üçün keçid dövrüdür. Heyətə 4-5 nəfər gənc futbolçu cəlb etmişik.

- Millətlər Liqası Malta üçün nə deməkdir?

- Bu yoldaşlıq turniri yox, önəmli yarışdır. Biz Liqada ən çətin qrupa düşmüşük. Azərbaycan və Kosovo kimi güclü komandalar var. Biz yeni nəsil böyüdəcəyik. Səbrli olmaq lazımdır.

- Heyətdə zədəlilər var?

- Zədəlilərimiz yoxdur. Amma iki önəmli futbolçumuz - Zak Muskat və Luk Qambin bizimlə deyil. Maykl Mifsud isə cəzalıdır.

- Kosovo və Azərbaycanı müqayisə etsəniz, hansının daha güclü olduğunu deyə bilərsiniz?

- İlk oyuna baxmışam. Komandalar arasında ciddi fərq yoxdur. Amma Azərbaycan bu rəqiblə səfərdə oynayacaq. Çətin olacaq.


Digər xəbərlər