Ermənistan-Cəbəllüttariq matçından sonra stadionda dava düşüb

  Bölmə: Xarici futbol | 114 | 17:19 14-10-2018
Ermənistan-Cəbəllüttariq matçından sonra stadionda dava düşüb

UEFA Millətlər Liqası çərçivəsində baş tutan Ermənistan-Cəbəllüttariq matçından sonra İrəvan stadionunda kütləvi dava olub.

Dava müxtəlif fan-qrupların üzvləri arasında qeydə alınıb.

Qarşıdurmaya matç bitdikdən sonra azarkeşlərdən birinin Cəbəllüttariq yığmasını təbrik etməsi səbəb olub.

Ermənistan 4-cü qrupun III tur matçında 0:1 hesabı ilə məğlubiyyətə uğrayıb.


Digər xəbərlər