Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb - VİDEO

  Bölmə: Digər növlər | 2415 | 17:21 14-10-2018
Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb - VİDEO

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri rinqə dəvət edib.

Dəvət videosu boks meneceri Decuan Bleykin "İnstagram" səhifəsində paylaşılıb.

"Gəl, Floyd! Mən döyüşməyə hazıram. Sənin 50 qələbən mənim 27 qalibiyyətimə qarşı", — deyə Nurməhəmmədov bildirib, lakin bununla belə, qarşılaşmanın hansı qaydalar çərçivəsində olacağını açıqlamayıb.

"Bu cəngəlliklərdə yalnız bir kral var, o da, əlbəttə ki, mənəm", - deyə o bildirib və əlavə edib ki, Meyvezer Makqreqoru rinqdə təslim edə bilməyib, mən isə bunu asanlıqla etdim.

Xatırladaq ki, Nurməhəmədov oktyabrın 7-də iki çəki dərəcəsi üzrə irlandiyalı sabiq UFC çempionu Konor Makqreqora boğucu fəndlə qalib gəlib. Meyvezer isə Konoru texniki nokautla məğlub edib.


Digər xəbərlər