Türkiyə Rusiyaya uduzdu, İtaliyadan ilk qələbə

  Bölmə: Xarici futbol | 125 | 08:25 15-10-2018
Türkiyə Rusiyaya uduzdu, İtaliyadan ilk qələbə

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib. 

 

Azərbaycan yığması da sözügedən turnirdə növbəti matçına çıxıb. Qurban Qurbanovun çalışdırdığı milli doğma meydanda Malta ilə qarşılaşıb və xal itkisi ilə üzləşib.

 

Azərbaycanın yer aldığı qrupun digər matçında lider Kosovo səfərdə Farer adaları ilə qarşılaşıb. Bu oyunda da tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

 

A Liqasında bir görüş olub. Son oyunlarda qələbə qazana bilməyən İtaliya Polşa millisi ilə qarşılaşıb. Qonaqlar bu görüşün son dəqiqələrində vurulan yeganə qolla ilk qələbə sevincini yaşayıblar.

 

B liqasının 2-ci qrupunda yer alan Türkiyə yığması səfərdə Rusiyanın qonağı olub. Şimal qonşularımız qardaş ölkə yığması üzərində 2 cavabsız qolla qələbəyə sevinib.

 

UEFA Millətlər Liqası
Qrup mərhələsi

14 oktyabr

 

A Liqası
3-cü qrup

 

Polşa - İtaliya 0:1
Qol: Biraqi, 90+2.

 

B Liqası
2-ci qrup

 

Rusiya - Türkiyə 2:0
Qol: Noyştadter, 20. Çerışev, 78.

 

C Liqası
1-ci qrup

 

İsrail - Albaniya 2:0
Qol: Hemed, 8. Saba, 83.

 

4-cü qrup

 

Rumıniya - Serbiya 0:0

 

Litva - Çernoqoriya 1:4
Qol: Baravikas, 88 - Muqoşa, 10; 45-pen. Kopitoviç, 35. Zoriç, 86.

 

D Liqası
3-cü qrup

 

Azərbaycan - Malta 1:1
Qol: A.Abdullayev, 53 - R.Muskat, 37.

 

Farer adaları - Kosovo 1:1
Qol: R.Yonsen, 50 - M.Raşiça, 9.


Digər xəbərlər