Azərbaycan Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib

  Bölmə: Ölkə futbolu | 182 | 08:55 16-10-2018
Azərbaycan Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib.

Turun oyunları iki günü əhatə edəcək.

Mərkəzi qarşılaşma hesab olunan "Qəbələ" - "Neftçi" görüşü oktyabrın 20-də saat 17:00-da start götürəcək. Həmin gün keçiriləcək "Qarabağ" - "Səbail" oyunu isə saat 19:00-da başlayacaq.

Turun digər iki oyunu isə oktyabrın 21-də olacaq. "Sumqayıt" - "Sabah" matçı saat 17:00-da, "Keşlə" - "Zirə" oyunu isə saat 19:00-da başlayacaq. 

Azərbaycan Premyer Liqası, VIII tur

20 oktyabr (şənbə)

 

17:00. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu

 

19:00. “Qarabağ” – “Səbail”

“Azersun Arena”

21 oktyabr (bazar)

 

17:00. “Sumqayıt” – “Sabah”

“Bayıl Arena”

19:00. “Keşlə” – “Zirə”

“ASK Arena” 


Digər xəbərlər