Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub - FOTO

  Bölmə: Digər növlər | 1972 | 08:34 18-10-2018
Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub - FOTO

Baham adalarının paytaxtı Nassauda cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.

Ilk yarış günündə Azərbaycan yığması 2 medal qazanıb.

55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyevlə Balabəy Ağayev finalda üz-üzə gəlib. Qızıl xalla qələbə qazanan Əliyev dünya çempionu olub. Ağayev isə gümüş medal əldə edib.

Digər cüdoçulara gəldikdə, 44 kq çəkidəki Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətlənib. Bu çəkidə Həmidovanın komanda yoldaşı Ramilə Əliyeva və 60 kq çəkidəki Kəramət Hüseynov 1/8 finalda məğlub olub və mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 6 kişi və 3 qadın cüdoçu ilə təmsil olunur. Oktyabrın 18-də qadınların yarışında İçinxorlu Munxtsedev (57 kq) 1/16 finalda Anna Dabrovska (Polşa) ilə, Hasil Cəfərov (73 kq) isə eyni mərhələdə Jilberto Kardoso (Meksika) ilə qarşılaşacaq. Oktyabrın 19-da tatamiyə çıxacaq Murad Fətiyev (81 kq) 1/16 finalda Fransua Qotye-Drapo (Kanada) ilə üz-üzə gələcək. Oktyabrın 20-də mübarizə aparacaq Adil Kərimli (100 kq) isə eyni mərhələdə İvo Vitasseklə (Almaniya) görüşəcək.

Dünya çempionatında 67 ölkədən ümumilikdə 426 idmançı - 240 kişi və 186 qadın cüdoçu mübarizə aparır.

Böyüklər arasında XXXII dünya çempionatı 20 – 27 sentyabrda Bakıda keçirilib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Azərbaycan pauerliftinqçisi ikinci dəfə dünya çempionu olub.


Digər xəbərlər