Rio-2016: Üzgüçülərimiz mübarizəyə başlayır

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışları davam edəcək. Olimpsportport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki təmsilçisi də mübarizəyə start verəcək.
İlk olaraq qadınlar arasında 100 metr məsafəyə sərbəst üzmədə Fatimə Alkərimova yarışacaq. Təsnifat mərhələsində çıxış edəcək 14 yaşlı idmançımız 1-ci qrupda mübarizə aparacaq.
Xanım atletimizin yarışı saat 20:15-də start götürəcək.
Hər birində 8 üzgüçü olmaqla 6 qrupda ümumilikdə ən yaxşı nəticə göstərən 16 idmançı yarımfinala yüksələcək.
Daha sonra isə 200 metr məsafəyə arxasıüstə üzmədə Boris Kirillov öz gücünü sınayacaq. O da xanım idmançımız kimi ən zəiflərin toplaşdığı 1-ci qrupdan mübarizəyə başlayacaq.
Xanımların yarışında olduğu kimi, bu mübarizədə də ən yaxşı 16 üzgüçü yarımfinalda çıxış etməyə haqq qazanacaq.
-
Avropa çempionatı: Son iki taekvondoçumuz mübarizəyə başlayır
...
-
Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız medal qazandı
...
-
TOKİO-2020-yə lisenziya qazanmış idmançılarımızın siyahısı
...
-
2 cüdoçumuz medal görüşünə vəsiqə qazandı
...
-
Böyük Dəbilqə: Cüdoçularımız çıxışlarını iki medalla başa vurdu
...
-
Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
...
-
Cüdoçumuz medal qazandı
...
-
Yaponiyada Olimpiya məşəli sönüb
...
-
7 cüdoçumuz mübarizəyə başlayır
...
-
Tokio Olimpiadasının məşəl estafetinə start verilib
...