Cüdo üzrə dünya çempionatı 2023-cü ildə Dohada keçiriləcək

  Bölmə: Cüdo | 1903 | 18:38 24-10-2018
Cüdo üzrə dünya çempionatı 2023-cü ildə Dohada keçiriləcək

Cüdo üzrə dünya çempionatı 2023-cü ildə Qətərin paytaxtı Dohada keçiriləcək.

Bu barədə məlumat Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına yerləşdirilib.

Bildirilir ki, oktyabrın 23-də IJF rəhbəri Marius Vizer, Qətərin Taekvondo, Cüdo və Karate Federasiyasının prezidenti Xalid Hamad əl-Attiyə və federasiyanın baş katibi Eid Əli Əlmuraihi dünya birinciliyinin Dohada keçirilməsinə dair saziş imzalayıblar.

Dünya çempionatı 2018-ci ildə Azərbaycanda keçirilib. 2019-cu ildə bu yarışı Tokio (Yaponiya), 2021-ci ildə isə Vyana (Avstriya) qəbul edəcək. Yay Olimpiya Oyunları illərində cüdo üzrə dünya çempionatı keçirilmir.


Digər xəbərlər