Azərbaycan cüdoçuları Böyük Dəbilqədə bir gümüş və iki bürünc medal qazanıblar

  Bölmə: Cüdo | 1295 | 10:48 30-10-2018
Azərbaycan cüdoçuları Böyük Dəbilqədə bir gümüş və iki bürünc medal qazanıblar

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə idmançı bürünc medal uğrunda görüşdə çinli Yan Vanqı məğlub edib.

Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq) bürünc, Elmar Qasımov (100 kq) isə gümüş medala sahib olub.


Digər xəbərlər