"Lester" prezidentinin vertolyotunun qəza anının görüntüləri yayılıb - VİDEO

  Bölmə: Maqazin | 4989 | 08:26 01-11-2018
"Lester" prezidentinin vertolyotunun qəza anının görüntüləri yayılıb - VİDEO

İngiltərənin "Lester Siti" futbol klubunun sahibi Vişaya Şrivaddxanaprabxinin göyərtəsində olduğu vertolyotun qəzaya uğradığı anın görüntüləri yayılıb.

Faciə səbəbindən "Lester"in oktyabrın 31-də "Sauthempton" ilə keçirilməli olan İngiltərə Liqa Kuboku oyunu təxirə salınıb.

Bundan əvvəl İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində "Kardiff Siti" klubu ilə keçirilməli olan oyuna isə "Lester" heyəti əvvəlcədən planlaşdırıldığı kimi təyyarə ilə deyil, avtobusla yola düşüb.

 

 


Digər xəbərlər