Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçilib

Özbəkistanlı Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti seçilib.
Qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində onun yeganə rəqibi AİBA-nın qazaxıstanlı vitse-prezidenti Serik Konakbayev olub.
Bu ilin yanvarından prezident vəzifələrini icra edən Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.
Konqresdə ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.
ABF-in vitse-prezidenti S.Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.
İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.
Bundan əvvəl AIBA çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib.
-
Futzalçılarımız dünya çempionatının elit raunduna vəsiqə qazanıb
...
-
Millimiz Rusiya yığmasına məğlub olub
...
-
Həbib Nurməhəmmədov UFC reytinqində 2-ci yerdə qərarlaşıb
...
-
Həbib məğlubiyyətsizlik seriyasını 28-ci qələbəsi ilə davam etdirib
...
-
Həbib bir döyüşə görə 6 milyon dollardan çox pul qazanacaq
...
-
Azərbaycan döyüşçüləri Avropa çempionatında 12 medal qazanıblar
...
-
Bakıda keçirilən futvolley üzrə beynəlxalq turnirin qalibi müəyyən olub
...
-
Paralimpiyaçılarımız beynəlxalq Qran-Pri yarışında iştirak edib
...
-
Mikayıl Cabbarov yenidən federasiya prezidenti seçilib
...
-
Aikidoçularımız Yaponiyada beynəlxalq turnirdə yarışırlar
...