İkardi son dəqiqələrdə "İnter"i "Barselona"ya məğlubiyyətdən xilas edib - NƏTİCƏLƏR

  Bölmə: Xarici futbol | 4209 | 22:22 07-11-2018
İkardi son dəqiqələrdə "İnter"i "Barselona"ya məğlubiyyətdən xilas edib - NƏTİCƏLƏR

Ötən gün futbol üzrə Çempionlar Liqasınınqrup mərhələsində IV tura start verilib.

Ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Günün əsas oyunlarından biri Milanın "Cüzeppe Meatsa" stadionunda "İnter" və "Barselona" komandaları arasında keçirilib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Hər iki qol matçın sonlarında vurulub. 83-cü dəqiqədə Malkom "İnter"in qapıçısını məyus edərək oyunda hesabı açıb. Bu, həm də onun "Barselona" ilə rəsmi oyunlarda vurduğu ilk qol olub. Lakin 87-ci dəqiqədə Mauro İkardi ev sahiblərini məğlubiyyətdən xilas edib.

"B" qrupunun paralel keçən digər qarşılaşmasında "Tottenhem" doğma meydanda PSV-ni 2:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqası. A Qrupu. 4-cu tur

"Monako" (Fransa) "Brügge" - 0:4

Qollar: 0:1 – Vanaken – 12, 0:2 – Vanaken – 17 (pen), 0:3 – Uesli – 24, 0:4 – Vormer – 85

"Atletiko M" (İspaniya) – "Borussiya D" - 2:0

Qollar :1:0 – Saul – 33, 2:0 – Qrizmann – 80

B Qrupu

"İnter" (İtaliya) "Barselona" - 1:1

Qollar: 0:1 – Malkom – 83, 1:1 – İkardi – 87

"Tottenhem Hotspur" (İngiltərə) – "PSV Eyndxoven" (Hollandiya) - 2:1

Qollar: 0:1 – de Yonq – 2, 1:1 – Keyn – 78, 2:1 – Keyn – 89

C Qrupu

"Napoli" (İtaliya) – PSJ (Fransa) - 1:1

Qollar: 0:1 – Bernat – 45+2, 1:1 – İnsinye – 62 (pen)

"Srvena Zvezda" (Serbiya) – "Liverpul" (İngiltərə) - 2:0

Qollar: 1:0 – Pavkov – 22, 2:0 – Pavkov – 29

D Qrupu

"Portu" (Portuqaliya) – "Lokomotiv" (Rusiya) - 4:1

Qollar: 1:0 – Erryera – 2, 2:0 – Mareqa – 42, 2:1 – Farfan – 59, 3:1 – Korona – 67, 4:1 – Otavio – 90+3

"Şalke-04" (Almaniya) – "Qalatasaray" - 2:0

Qollar: 1:0 – Burqştaller – 4, 2:0 – Ut – 57


Digər xəbərlər