Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş keçirilib

  Bölmə: Digər növlər | 3864 | 21:54 09-11-2018
Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş keçirilib

 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped idmanı klubunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkil etdikləri 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, DTX-nin velosiped idmanı klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər. 

“Azneft” dairəsindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Sonda veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda xatirə şəkilləri çəkdiriblər.


Digər xəbərlər