Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsinə məğlubiyyətlə başlayıb

  Bölmə: Ölkə futbolu | 55 | 22:42 15-11-2018
Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsinə məğlubiyyətlə başlayıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirib.

 I qrupda yer alan milli komanda İsraillə üz-üzə gəlib.

Gürcüstanın paytaxtı Tbilisidəki Mixail Mesxi adına Stadionun ikinci meydanında baş tutan qarşılaşma Azərbaycan yığmasının 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Vüqar Məmmədin baş məşqçi olduğu komandanın heyətində yeganə qolu 82-ci dəqiqədə Emil Qasımov vurub.

Qrupun digər oyununda Gürcüstanla Lixtenşteyn qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 17-də Gürcüstana qarşı keçirəcək. Oyun saat 17:00-da start götürəcək. 


Digər xəbərlər