Bakıda WADA-nın Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası başlayıb

  Bölmə: Digər növlər | 2806 | 22:59 15-11-2018
Bakıda WADA-nın Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası başlayıb

Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası işə başlayıb.

Tədbirdə WADA-nın prezidenti Kreyq Ridi, baş direktor Olivye Niggli, gənclər və idman naziri Azad Rəhimov, İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının üzvləri, rəsmilər və digər qonaqlar iştirak edir.

İclas zamanı ötən ili hesabatı dinləniləcək, eyni zamanda 2019-cu ilin noyabrında Polşada keçiriləcək idmanda dopinq məsələləri üzrə beynəlxalq konfransda WADA-ya prezident və vitse-prezident vəzifələrinə seçim qaydaları müzakirə olunacaq.

Bununla yanaşı, mərasimdə WADA-nın daimi komitə sədrləri tərəfindən maliyyə, tibb, təhsil və digər sahələrdə görülməkdə olan işlərə baxılacaq.

İclas bu gün öz işini yekunlaşdıracaq. Saat 15:30-da isə Kreyq Ridinin mətbuat konfransı olacaq.


Digər xəbərlər