Rəşad Sadıqov: "Hələlik tərəddüd içərisindəyəm"

  Bölmə: Ölkə futbolu | 48 | 23:06 15-11-2018
Rəşad Sadıqov: "Hələlik tərəddüd içərisindəyəm"

Azərbaycan və Ukraynanın U-21 yığmaları arasında keçirilən yoxlama görüşündən sonra gənclərimizin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib. O, həm bugünkü oyun barədə, həm də yığmanın planları haqda danışıb.

 

-   Komandamdan razı qaldım. Topa nəzarət etməyə çalışdıq. Hücumda istədiyimizi edə bilmədik. Meydanda taktiki mübarizə gedirdi. Ümumiyyətlə, 60-cı dəqiqədən sonra daha açıq futbol getdi. Futbolçumuz zədə aldı və azlıqda olduğumuz epizodda daha diqqətli olmalı idik. Ancaq qol buraxdıq.

 

-    5 müdafiəçiylə oyun...
-    Bir neçə sistem üzərində dayanacağıq. Bu gün rəqibin oyun üslubuna uyğun belə oynadıq.

 

-    Barış, Anton, Rinat yox idi. Yerləri görünürdü?
-    Əlbəttə, ötən tsikl boyu hazırladığım futbolçular idi. Düzdü, onların yoxluğu itki idi. Lakin belədə, digər oyunçuları sınamaq şansım oldu. 

 

-    Millimiz həddən artıq aqressiv idi. Bu cür futbolla rəsmi oyunlarda azlıqda qalacağıq...
-    Kökçü ilk sarı vərəqəni lazımsız yerdə aldı. Ümumilikdə aqressiv futbol oynamağımızı istəyirdim. Əlbəttə, aqressiv futbol da qaydalar çərçivəsində olmalıdı.

 

-    Renat Dadaşov?
-    O, əsas millidə oynamaq istəyir. Ancaq seçmə tsikl öncəsi bir daha söhbət edəcəm. Əgər əsas yığmaya cəlb olunmasa, bir də U-21-ə dəvət alacaq.

 

-    Barışın durumu nə yerdədi?
-    Ürəyindən əməliyyat olunacaq. Bundan sonra 6 ay bərpa keçməlidi. Ümid edirəm ki, sentyabr-oktyabr aylarına tam bərpa olacaq.

 

-    Ötən il Antalyada təlim-məşq toplanışı keçdiniz. Bu il də eyni addım atılacaqmı?
-    Hələlik tərəddüd içərisindəyəm. Çünki legionerləri həmin vaxt yığmaya dəvət edə bilmirəm. Püşkatmanı gözləyirəm. Hələlik qərar verməmişəm.


Digər xəbərlər