Lars Olsen: "Azərbaycan yaxşı komandadır, amma ən yaxşısı Kosovodur"

  Bölmə: Xarici futbol | 72 | 11:20 17-11-2018
Lars Olsen: "Azərbaycan yaxşı komandadır, amma ən yaxşısı Kosovodur"

"Çox yaxşı məşqlərimiz oldu. Zədəli futbolçumuz yoxdur. Sabahkı oyunu səbirsizliklə gözləyirik. Azərbaycanla bir ay öncə qarşılaşdıq və 0:3 hesabı ilə uduzduq. Kobud səhvlərə yol verdik. Nəticədə rəqib bizi cəzalandırıdı. Azərbaycan yaxşı komandadır. Lakin qalib gələcəyimizə inanırıq".

Bunu Farer adaları yığmasının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla keçirəcəkləri səfər oyunundan əvvəl mətbuat konfransında deyib.

57 yaşlı danimarkalı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.

- Azərbaycana tez - çərşənbə axşamı gəlməyiniz nə ilə bağlıdır və qarşıdakı görüşdən nə gözləyirsiniz?

- Hava şəraiti Farer adaları ilə eynidir. Tez gəlməyimiz bura uyğunlaşmaq üçündür. İkk matçda uduzsaq da, bərabər oyun getdi. Bu dəfə də elə olacaq.

- Mətbuatda start heyətini açıqladığınız yazılmışdı. Hansısa dəyişiklik olacaq?

- Mən heç bir "11-lik" elan etməmişəm. Ola bilər ki, bu, hansısa media nümayəndəsinin təxəyyülünün məhsuludur.

- Komandanın kapitanı Atli Qreqersen mətbuat konfransında aqressiv görünürdü. Oyunçularınızın qırmızı vərəqə almasından ehtiyatlanmırsınız?

- Elə deməzdim. Onlar çox sakitdir. Emosional halımız eynidir.

- İlk matçda niyə mətbuat konfransına gəlməmişiniz? Sabah da uduzsanız, sizi gözləyək, yoxsa...?

- Xeyr, bu, baş verməyəcək. Nəticədən aslı olmayaraq burada olacağam.

- Qrupun favoriti Kosovodur, yoxsa Azərbaycan?

-  Əlbəttə, kapitanımız kimi Farer adalarını qeyd etmək istərdim. Amma belə deməyəcəyəm. Bizə qarşı oynamış komandalar arasında ən yaxşısı Kosovo idi. 


Digər xəbərlər