Azərbaycan millisinin hücumçusu: "Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik"

  Bölmə: Ölkə futbolu | 51 | 11:22 17-11-2018
Azərbaycan millisinin hücumçusu: "Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik"

 "Bu iki oyunun nə dərəcədə vacib olduğunu bilirik. Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik".

Bu fikirləri Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları ilə ev oyunundan öncə deyib.

27 yaşlı hücumçu rəqibi analiz etdiklərini bildirib: "Bizdə də başla yaxşı oynayan oyunçular var. Bunun üzərində məşq etmişik. Standart vəziyyətlərə hazırıq".

R.Dadaşov qol vuracağına dair heç kəsə söz vermədiyini söyləyib: "Qol vurmaq mənim işimdir. Farer adaları və Kosovo ilə son iki oyunda kimin qol vurması önəmli deyil. Əsas odur ki, qalib gələk".


Digər xəbərlər