Türkiyə Super Kuboku: "aslanlar" "qartallar"a qarşı

  Bölmə: Xarici futbol | 10785 | 13:29 13-08-2016
Türkiyə Super Kuboku: "aslanlar" "qartallar"a qarşı
Bu gün Türkiyə Super Kubokunun sahibi müəyyənləşəcək.
 
Olimpsport.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 21:45-də Konyada start götürəcək matçda komandalar 339-cu dəfə qarşı-qarşıya gələcəklər.
 
Geridə qalan 228 matçın 120-sini "Qalatasaray", 107-sini isə "Beşiktaş" qazanıb. Qalan 111 oyunda isə komandalar meydanı sülhlə tərk edib. Qollara gəldikdə, "aslanlar" 477, "qartallar" isə 444 dəfə fərqlənməyi bacarıb.
 
Kubok üstünlüyü də "Qalatasaray"a məxsusdur. Ölkə Super Kubokunu "sarı-qırmızılar" 4 dəfə qazanıbsa, "Beşiktaş"da bu göstərici 3-dür.

 


Digər xəbərlər