"Neftçi"nin legioneri: "Azərbaycan çempionatının səviyyəsi kifayət qədər yüksəkdir"

  Bölmə: Maqazin | 50 | 20:11 30-11-2018
"Neftçi"nin legioneri: "Azərbaycan çempionatının səviyyəsi kifayət qədər yüksəkdir"

 "Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar". 

Bunu "Neftçi"nin futbolçusu Slavko Braliç klubun rəsmi saytına müsahibəsində deyib.

25 yaşlı müdafiəçi komandada özünü xoşbəxt hiss etdiyini və hər oyunda maksimum bacarığını ortaya qoymağa çalışdığını bildirib. Xorvatiyalı oyunçu Azərbaycan Premyer Liqasında hər matçın çətin keçdiyini vurğulayıb: "Hər hansı bir qarşılaşmanı fərqləndirə bilmərəm. Azərbaycan çempionatının səviyyəsi kifayət qədər yüksəkdir".

Braliç XIII turda qarşılaşacaqları "Sabah" komandası ilə bağlı da fikirlərini bölüşüb: "Çox keyfiyyətli komandaları var. Nəticələri də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq".

Müdafiəçi azarkeş dəstəyindən də söz açıb: "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik".

Qeyd edək ki, dekabrın 1-də "Əlincə Arena"da keçiriləcək  "Sabah" - "Neftçi" matçı saat 16:30-da start götürəcək. 


Digər xəbərlər