Şəhriyar Məmmədyarovun FIDE reytinqindəki mövqeyi dəyişməyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Kişi şahmatçıların ilk “100-lüy”ündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 reytinq xalı itirsə də, 2820 xalla 3-cü pillədə qalıb. Siyahıya 2835 xalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2832 xalla 2-ci yerdədir.
Teymur Rəcəbov və Arkadi Naydiçin də reytinqdəki mövqeyi dəyişməyib. Rəcəbov 1757 xalla 14-cü, Naydiç isə 2736 xalla 20-cidir. Azərbaycan kişi şahmatçılarından yalnız Rauf Məmmədov iki pillə geriləyib. O, 2703 xalla 42-ci pillədədir.
Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.
Qadınların “100-lüy”ündə isə Azərbaycanın 3 şahmatçısı yer alıb. Günay Məmmədzadə bir pillə geriləyərək 2422 xalla 47 pillədə qərarlaşıb. Aktivində 2397 xal olan Xanım Balacayeva isə bir pillə irəliləyib və 62-ci pilləyə yüksəlib. Gülnar Məmmədova isə iki pillə geriləyib və 2368 xalla 99-cu yerdə qərarlaşıb.
Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.
-
Teymur Rəcəbov erməni rəqibi üzərində qələbə qazanıb
...
-
İnternet üzərindən şahmat yarışı keçirilib
...
-
"Formula -1" üzrə Azərbaycan Qran-prisi də təxirə salınıb
...
-
Azad Rəhimov qalib şahmatçı ilə görüşdü
...
-
2021-ci ildə Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək
...
-
Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilir
...
-
Kikboksinq Federasiyasında nə baş verir? - Vəzifəsindən azad olunan Güloğlan Cabbarov Adil Əliyevdən narazılıq edir
...
-
Deputatlığa namizəd Murad Fərzəliyev seçicilərlə bərabər İmişlidəki Şəhidlər Xiyabanını ziyarət etdi
...
-
Tarixdə ilk dəfə bu növdə idmançılarımız yer tutublar
...
-
Futzal millimiz Slovakiya yığmasını məğlub edib
...