"Neftçi" "Sabah"la görüşdə hakimlərin idarəçiliyindən narazı qalıb

  Bölmə: Ölkə futbolu | 53 | 20:42 01-12-2018
"Neftçi" "Sabah"la görüşdə hakimlərin idarəçiliyindən narazı qalıb

"Neftçi" klubu Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyunda hakim idarəçiliyindən narazı qalıb.

Matçda sonra klub prezidenti Kamran Quliyevjurnalistlərlə söhbətində Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadasının qərarları ilə bağlı protokola öz etirazlarını yazacaqlarını bildirib.

O, baş hakimin matçın 76-cı dəqiqədə "Neftçi"nin qapısına təyin etdiyi penaltidən, 83-cü dəqiqədə Baqali Daboya ikinci sarı vərəqədən sonra "qırmızı" göstərilməsindən və görüşün əsas vaxtına 6 dəqiqə əlavə olunmasından narazı qaldıqlarını ifadə edib.


Digər xəbərlər