Macarıstan millisinin baş məşqçisi: "Azərbaycanı zəif rəqib hesab etməməliyik"

"Xorvatiya bizim qrupun favoritidir. Digər komandalara qarşı hər şey özümüzdən aslı olacaq. Xorvatların təqdimata ehtiyacı yoxdur. Dünya çempionatında gümüş medal qazanan komanda qrupun digər kollektivlərindən tamamilə fərqli səviyyədədir".
Bunu Azərbaycan yığması ilə eyni qrupa düşən Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi federasiyanın saytına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsinin püşkatması barədə danışarkən deyib.
54 yaşlı mütəxəssis qrup ikincisi olmaq üçün iki komanda ilə yarışacaqlarını bildirib:
"Uelsdə Rayan Giqqz oynamayacaq və bunun üçün çox şanslıyıq. Çünki o, artıq komandanın baş məşqçisidir. Zarafatı kənara qoysaq, düşünürəm ki, biz onlarla və Slovakiya ilə mübarizə aparacağıq. Amma Azərbaycanı zəif rəqib hesab etməməliyik".
Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.
-
Avroliqada 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub - VİDEO
...
-
Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq
...
-
Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib - VİDEO
...
-
Çempionlar Liqasının 1/8 final mərhələsi: "Roma" "Portu"ya, PSJ "Mançester Yunayted"ə qalib gəlib
...
-
Avropa Liqası: "Fənərbağça" ilk oyunda "Zenit"i məğlub edib - VİDEO
...
-
Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək
...
-
"Yuventus" Aaron Remsi ilə müqavilə bağlayı
...
-
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
...
-
"Liverpul" ölkə çempionatında liderliyi geri qaytarıb
...
-
UEFA-dan tarixi qərar
...