Təxirə salınmış "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib

  Bölmə: Ölkə futbolu | 36 | 22:18 03-12-2018
Təxirə salınmış "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda daha bir qarşılaşma keçirilib.

Ötən gündən təxirə salınmış "Qəbələ" - "Zirə" matçında hesab açılmayıb. Qəbələ şəhər stadionundakı görüş 57-ci dəqiqədən etibarən start götürüb. 61-ci dəqiqədə qonaqların futbolçusu Bilal Həmdi qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra əyalət təmsilçisi xallarının sayını 16-ya yüksəldib və 5-ci pillədə qalıb. 10-cu xalını qazanan "Zirə" isə hələlik, 7-ci sıraya yüksəlib.

Qeyd edək ki, dekabrın 1-də keçirilmiş matçda "Neftçi" səfərdə "Sabah"a 2:1, "Sumqayıt" isə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Qarabağ" - "Keşlə" matçı ilə yekun vurulacaq. 


Digər xəbərlər