"Keşlə"nin baş məşqçisi: "Heç kimin çıxışından razı qalmadım"

  Bölmə: Ölkə futbolu | 43 | 22:20 03-12-2018
"Keşlə"nin baş məşqçisi: "Heç kimin çıxışından razı qalmadım"

 "Belə nəticədən sonra fikir bildirmək çətindir. Görüləsi işlər çoxdur. Hər iki hissənin əvvəlində top buraxmağımız suallar doğurur. Bəzi futbolçularda ustalıq çatışmır".

Bunu "Keşlə"nin baş məşqçisi Tərlan ƏhmədovAzərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"a 1:5 hesablıməğlubiyyətdən sonra deyib.

O, bildirib ki, komandanın güclənməyə ehtiyacı var: "Xüsusən də müdafiə xəttinin səhvləri məni çox narahat edir. Bu gün açıq futbol oynamadıq. Ümumiyyətlə belə anlayış yoxdur. Təkcə Davud Kəriminin deyil, heç kimin çıxışından razı qalmadım. O, Kamran Ağayevin əvəzinə meydana çıxmışdı. Başqa çıxış yolu yoxdur. Ağayevin zədəsinə gəlincə, can ağrısı Kamrandadır, bizdə deyil. Gələn oyuna hazır olar".


Digər xəbərlər