Rober Pires Bakı Olimpiya Stadionunda festivalı izləyib

  Bölmə: Maqazin | 41 | 22:37 04-12-2018
Rober Pires Bakı Olimpiya Stadionunda festivalı izləyib

Azərbaycanda səfərdə olan futbol üzrə fransalı dünya və Avropa çempionu Rober Pires Bakı Olimpiya Stadionunda olub.

Veteran futbolçu AFFA-nın baş katibi Elxan Məmmədovla birgə uşaqlar üçün festivalı izləyib, onlar üçün avtoqraf verib. Pires Bakıda keçiriləcək 2019-cu il Avropa Liqasının səfiri Vəli Qasımovla da görüşüb.

O, daha sonra jurnalistlər üçün brifinq keçirib.

 


Digər xəbərlər