"Neftçi" qış fasiləsində heyətinə yeni legioner futbolçular cəlb edəcək

  Bölmə: Ölkə futbolu | 51 | 22:39 04-12-2018
"Neftçi" qış fasiləsində heyətinə yeni legioner futbolçular cəlb edəcək

“Qış fasiləsində “Neftç”nin güclənməsi mümkündür. Düzdür, qış “transfer pəncərəsi” yaydan fərqlənir. Avropada cəmi 6-7 ölkədə çempionat yaz-payız sistemi ilə keçirilir. Lakin biz axtarışdayıq, artıq bir neçə futbolçu ilə danışmışıq”.

Bunu “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev deyib. Paytaxt təmsilçisinin rəhbəri 2-3 legioneri heyətə qatmaq istədiklərini bildirib: “Danışıq apardığımız futbolçuların Bakıya gəlişini gözlənilir. Lakin heç kimlə müqavilə bağlamamışıq. Çünki tibbi baxış və digər məsələlər var. İki, ən çox halda 3 əcnəbi oyunçu ola bilər. Hazırda “Neftçi”nin statusuna uyğun yerli bazarda oyunçu yoxdur. Həmçinin klubdan gedəcək futbolçular da ola bilər”. 

Qeyd edək ki, “Neftçi” Premyer Liqada geridə qalan 13 turdan sonra 32 xalla liderdir.


Digər xəbərlər