AFFA "Neftçi"nin idman direktorunu 10 oyunluq cəzalandırıb

  Bölmə: Ölkə futbolu | 49 | 22:40 04-12-2018
AFFA "Neftçi"nin idman direktorunu 10 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsi “Neftçi”nin idman direktoru Ceyhun Sultanovu 10 oyunluq cəzalandırıb.

Səbəb klub rəsmisinin Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”la səfər oyunundan sonra KİV-də hakimlər haqqında təhqiredici ifadələr işlətməsidir. “Neftçi” C.Sultanovun davranışına görə 16000 manat cərimə olunub.

Bundan başqa, klubun futbolçuları - Tural Axundov 33-cü, Baqali Dabo isə 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hərəyə 1 oyun cəzalanıb, klub onların hər birindən ötrü 200 manat ziyana düşüb.

Oyunun 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Sabah”ın futbolçusu Vanderson Silvanın da cəza və cəriməsi eyni olub.

“Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” tərəfindən ödənilməlidir.

Qeyd edək ki, oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 


Digər xəbərlər