Azərbaycan Premyer Liqasının ilin son oyunlarının hakim təyinatları müəyyənləşib

  Bölmə: Ölkə futbolu | 52 | 21:41 05-12-2018
Azərbaycan Premyer Liqasının ilin son oyunlarının hakim təyinatları müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunda keçiriləcək oyunların bütün təyinatları müəyyənləşib. 

"Sabah"  və "Keşlə" arasındakı açılış matçını Orxan Məmmədov idarə edəcək. "Neftçi" - "Sumqayıt" dueli isə Rəvan Həmzəzadəyə həvalə olunub. 

"Zirə" - "Qarabağ" görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub. 

9 dekabr (bazar)

16:00. “Sabah” – “Keşlə”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Namiq Məstanov

Əlincə Arena.

 

17:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Dalğa Arena.

17:30. “Səbail” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Bayıl Arena.

19:30. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Bakcell Arena.

Qeyd edək ki, “Səbail” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Digər xəbərlər