"Lester Siti" çempionata məğlubiyətlə başladı

  Bölmə: Ölkə futbolu | 899 | 17:25 13-08-2016
"Lester Siti" çempionata məğlubiyətlə başladı

Bu Gün İngiltərə Premyer Liqasına start verilib. Olimpsport.az xəbər verir ki, mövsümün açılış oyununda "Hol Siti" son çempion "Lester Siti"ni qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. 45-ci dəqiqədə Adama Diomandenin vurduğu qola 47-ci dəqiqədə Riyad Mahrez cavab verib. O penaltini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Robert Snodgrass yenidən meydan sahiblərini hesabda irəli çıxarıb. Qalan dəqiqələrdə hesab dəyişməyib və görüş "Hol Siti"nin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

 
 
 

Digər xəbərlər