UEFA-nın ayırdığı vəsait "Qarabağ”ın hesabına köçürülüb

  Bölmə: Xarici futbol | 65 | 16:48 06-12-2018
UEFA-nın ayırdığı vəsait "Qarabağ”ın hesabına köçürülüb

UEFA-nın 2017/2018 mövsümündə Çempionlar Liqasında iştirakçısı kimi “Qarabağ”a ayırdığı vəsait klubun hesabına köçürülüb.

 UEFA-nın Klub yarışlarının keçirilməsi komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, 981 min avro vəsait milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”a ödənilib. 

Qeyd edək ki, UEFA 2017/2018 mövsümündə ÇL-in pley-off və qrup mərhələsində çıxışına görə “Qarabağ”a 16 milyon 819 min avro mükafat ayırıb.


Digər xəbərlər