Azərbaycanın daha bir ağırlıqqaldıranı 4 illik diskvalifikasiya olunub

  Bölmə: Digər növlər | 128 | 14:24 25-12-2018
Azərbaycanın daha bir ağırlıqqaldıranı 4 illik diskvalifikasiya olunub

Orqanizmində qadağan olunmuş preparat aşkarlanan Azərbaycanın daha bir ağırlıqqaldıranı Azər Məmmədlinin cəza müddəti açıqlanıb.

 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya olunub.

Orqanizmində etioxolanolon maddəsi tapılan Məmmədlinin cəzası 17 iyul 2018-ci ildən qüvvəyə minib.

IWF bu il Azərbaycanın 3 ağırlıqqaldıranından - Azər Məmmədli, Elmar Alıyev və Hüseyn İsmayılovdan götürülən nümunələrin müsbət nəticə verdiyini bəyan edib. Son iki idmançının cəza müddəti hələlik elan edilməyib.

Qeyd edək ki, IWF bir müddət əvvəl “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi Anastasiya İbrahimlinin 4 illik cəzalandırıldığını açıqlayıb.


Digər xəbərlər